Koronavirus pandemiyası səbəbiylə dayandırılan Almaniya Bundesliqasının mayın 15-dən bərpa olunacağını xəbər vermişdik.
Futbolinfo.az xəbər verir ki, Almaniya hökuməti çempionatın bərpasını ən tez mayın 22-dək təxirə salacaq. Bu barədə “Daily Mail” məlumat yayıb.
Dövlət rəsmiləri, çempionatın bərpasından əvvəl bütün futbolçuların iki həftəlik karantində qalmalarını tələb edir. Bu gün hökumət rəsmiləri arasında karantin rejiminin yumşaldılması ilə əlaqədar keçiriləcək iclasda Bundesliqanın bərpası ilə bağlı da yekun qərarın verilməsi gözlənilir.