Türkiyənin Bursa şəhərində aprelin 23-də koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən və həmin gün orda vəfat edən Kasım Toktaşın öldürüldüyü məlum olub.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 yaşlı Kasımı “Hacetepespor”un keçmiş futbolçusu, hazırda həvəskar liqada “Bursa Yıldırımspor”da çıxış edən atası Cevher Toktaş öldürüb. 11 gün sonra əməlini etiraf edən Cevher, oğlunu yastıqla boğaraq, öldürdüyünü bildirib:

“Kürəyi üstə yatan oğlumun üstünə yastıq basdım və təxminən 15 dəqiqə onu qaldırmadım. Oğlum hərəkətsiz qalanda, yastığı çəkdim.

İki oğlum var, ölən balaca oğlumu heç sevməmişdim. Bunun səbəbini də bilmirəm. Öldürməyimin səbəbi onu sevməməyimdir. Hansısa sağlamlıq və ya psixi problemlərim yoxdur”.

Shares: