Xorvatiya və Serbiyada futbol mövsümünün davam etdirilməsinə qərar verilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə hər iki ölkənin futbol federasiyası açıqlama yayıb.

Serbiyada mayın 30-dan yüksək liqa və kubok oyunları davam etdiriləcək. Federasiya ilə klublar arasındakı razılığa əsasən, pley-off və pley-out oyunları ləğv olunub. Bu üzdən də mövsümə qalan 4 turu keçirməklə yekun vurulacaq.

Xorvatiyada isə kubok oyunları 30 və ya 31 may, yüksək liqa matçları isə iyunun 6-dan başlayacaq. Bütün oyunlar azarkeşsiz keçiriləcək. Eyni zamanda, Xorvatiyada 2 və 3-cü liqalarda mövsümün bərpa edilməyəcəyi də bildirilib.

Shares: