İspaniyanın “Real” klubu koronavirus pandemiyasından sonra ilk dəfə futbolçu və məşqçi heyətini bir araya gətirib.

Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin üzvləri bu gün klubun bazasında toplanıblar. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komanda La Liqanın bərpasına hazırlıq məqsədilə bir araya gəlib. Madrid təmsilçisinin oyunçuları bu gün tibbi müayinədən keçiblər. Hər kəsin koronavirus testinin nəticəsi mənfi çıxsa, futbolçuların mayın 11-də məşqlərə başlaması gözlənilir.

Bu gün komandanın baş məşqçisi Zinəddin Zidan da uzun müddətdən sonra ilk dəfə yaxından gördüyü hər bir futbolçu ilə ayrı-ayrılıqda və sosial məsafəni saxlayaraq söhbət edib.

Shares: