“Bavariya”nın keçmiş yarımmüdafiəçisi Aryen Robben Braziliyadan təklif alıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın “Botafoqo” klubu 36 yaşlı futbolçunun xidmətində maraqlıdı.
Klubun vitse-prezidenti Rikardo Rotenberq, Robbenə müqavilə təklif etdiyini bildirib:
“Robbenlə əlaqə saxladım, ona bir təklif irəli sürdük. O, bir müddətdi ki, oynamır, buna görə də, asan olmayacaq. Amma futbola qayıtmağa qərar versə, bizdə başqa yerlərdən dörd dəfə artıq məvacib ala bilər”.
Robben ötən ilin yayında karyerasını başa vurub. Lakin o, bir müddət əvvəl bu qərarından peşman olduğunu, hələ də futbol oynamaq istədiyini açıqlamışdı.