“Neftçi”nin fiziki hazırlıq üzrə sabiq məşqçisi Andrea Vezzu futbolinfo.az saytının suallarını cavablandırıb. İtaliyalı mütəxəssis həm ölkəsindəki mövcud vəziyyətdən, həm də “Neftçi”dən danışıb:

– İtaliyada son vəziyyət necədir?
– Vəziyyət çox mürəkkəbdir. Düzdür, əvvəlkinə nisbətən yaxşılaşıb, amma çoxlu sayda insan öldü. Aktiv həyat hələ də qapalıdır.

– Şəhərdə gəzə və ya idman edə bilirsiz?
– Həftənin ilk günündən gəzməyə icazə verilib və tək məşq etmək olar. Lakin bunların hamısını maska ilə etmək lazımdır.

– Koronavirusa yoluxan və bu virusdan ölən dostlarınız oldu?
– Əlbəttə. Onlar üçün çox üzülürəm.

– “Neftçi”dən ayrıldıqdan sonra İtaliyada nə ilə məşğulsunuz? Hər hansı təklif oldumu sizə?
– Yox. Hər şey bağlıdır. Onsuz da koronavirusa görə işləmək qeyri-mümkündür.

– Burdan ayrıldıqdan sonra “Neftçi” bir neçə oyun keçirdi. Onları izlədinizmi?
– Xeyr.

– Roberto Bordinlə görüşüb Azərbaycandakı xatirələrdən danışırsız?
– Əlbəttə. Biz hər zaman bütün təcrübələrimizdən söhbət edirik. Lakin indi keçmişi qoyub qarşıdakı işlərə, yeni komandaya hazırlaşmaq lazımdır. Bilmirəm bu nə zaman baş verəcək.

– Azərbaycanda yenidən işləmək istəyərsiz?
– Niyə də yox? Bakı gözəl şəhərdir və ora qayıtmaq istəyərəm.

CAVAD

Shares: