Braziliyanın “Flamenqo” klubunun 38 üzvündə koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Flamenqo”nun 293 əməkdaşı koronavirus testindən keçib və onların 38-nin test nəticələri müsbət olub. Virusa yoluxanlardan üçü futbolçudu.
“Flamenqo”nun yaydığı məlumata görə, koronavirusa yoluxanların hamısı karantinə alınıb.
“Flamenqo”da bir müddət əvvəl klubun masajçısı Jorjinyo koronavirusun qurbanı olmuşdu.