Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman səhhəti ilə bağlı məlumat verib.
Futbolinfo.az xəbər verir ki, ürəyindəki problemlər səbəbindən əməliyyat olunan 57 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edərək, özünü yaxşı hiss etdiyini deyib:
“Ötən həftəsonu kiçik bir şok yaşadıq. Amma həkimlər yaxşı iş gördülər. Top yenidən yuvarlanmağa başlayanda mən də hazır olacağam”.
Kuman ona dəstəyini göstərən hər bir şəxsə təşəkkür edib.