İtaliyanın “İnter” klubu futbolçuların koronavirus testinin nəticələrini açıqlayıb.

Futbolinfo.az Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bütün testlərin nəticəsi mənfi çıxıb. Komandanın bu gündən fərdi məşqləri bərpa edəcəyi vurğulanıb.

Qeyd edək ki, İtaliyada fərdi məşqlərə mayın 4-dən icazə verilib. Komandalar mayın 18-dən kollektiv şəkildə də məşq edə biləcəklər.

Shares: