Futbol üzrə Cənubi Koreya çempionatında 2020/21 mövsümünə bu gün start verilib.
Futbolinfo.az xəbər verir ki, açılış turunun ilk oyununda “Jeonbuk” öz meydanında “Suvon Bluvinqs”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 84-cü dəqiqədə Lii Donq-Quuk vurub.
Turun qalan görüşləri mayın 9-10-da keçiriləcək. Hələlik, oyunlara azarkeş buraxılmır.
Qeyd edək ki, K liqası adlanan Koreya çempionatının elitasında 12 klub mübarizə aparıb. Çempionat fevralın 29-da start verilməli olsa da, koronavirus pandemiyası səbəbiylə təxirə salınmışdı.