“Karantin günləri çətin keçir. Çünki evdə idman etmədən və günəş görmədən qalmaq çox ağır bir şeydir. Mən isə hər gün yüksək işlər görməyə və özümü formada saxlamağa çalışdım”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Nikolas Raysel deyib.

Fransalı futbolçu koronavirus pandemiyasına görə yaranmış vəziyyətdən darıxıb. Raysel futbol üçün darıxdığını açıqlayıb:

“Əlbəttə ki, futbol üçün darıxmışam. Bütün oyunçular meydna qayıtmaq istəyir. Top, meydança və oyun – bunların hamısı üçün darıxırıq, futbolsevərlər də çox istəyir ki, oyunlar bərpa edilsin”.

Raysel mövsüm bərpa olunacağı halda futbolçular üçün oynamağın çətin olacağını da sözlərinə əlavə edib:

“Hər gün ümid edirəm ki, çempionat davam etdiriləcək, amma yenə bu barədə informasiyam yoxdur. Ola bilər ki, mövsüm davam etdirilməyəcək. Hazırda hər kəs üçün çətin dönəmdir. 2-3 aydır ki, futbolsuz, məşqsizik. Meydana çıxmaq, oynamaq həqiqətən çox çətin olacaq”.

26 yaşlı oyunçu mövsümün belə bitiriləcəyi halda “Qəbələ”nin çox şey itirəcəyini dilə gətirib:

“Liqa davam etdirilməsə, bu bizim üçün böyük itki olacaq. Çünki Avropa Liqası təsnifatlarına qatılmaq şansımız var idi. Gələcəkdə görəcəyik necə olacaq, bu barədə çox danışmaq da istəmirəm”.

Shares: