İtaliyanın “Roma” klubunun azarkeşləri A Seriyasında mövsümün bərpa olunmasını istəmir.

Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Roma”lı azarkeşlər şəhərin küçələrində “Çempionatı dayandırın!” yazılı pankartlar açıblar. Fanatlar koronavirus pandemiyasının yaratdığı vəziyyətə görə futbol oynanılmasını istəmirlər.

Taleyi qeyri-müəyyən olan A Seriyası bərpa olunacağı halda, azarkeşsiz keçiriləcək.

İtaliyada koronavirusa 214 185 nəfər yoluxub. Onların da 30 201-i dünyasını dəyişib.

Shares: