İspaniyanın “Selta” klubu məşqləri bərpa edir.

Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə, komandanın mayın 11-dən məşqlərə başlayacağı bildirilib.

Məşqlərdə sosial məsafə qorunacaq və futbolçular qruplar halında hazırlaşacaq.

“Selta” klubunun bütün heyəti koronavirus testi verib və cavablar mənfi olub.

Shares: