İtaliyanın “Milan” klubu üç əməkdaşının koronavirusa yoluxması barədə xəbərləri təkzib edib.

Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, futbolçular, məşqçilər və klubda çalışanlardan götürülən koronavirus testlərinin nəticəsi mənfi çıxıb.

Bu üzdən də futbolçular klubun bazasında fərdi qaydada, sosial məsafə qaydalarına əməl etmək şərtilə hazırlığa başlayıblar.

Qeyd edək ki, İtaliya mətbuatı “Milan”da üç nəfərin koronavirusa yoluxduğunu yazmışdı.

Shares: