Almaniyanın “Dinamo” (Drezden) klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Həmin oyunçuların adları açıqlanmır. Amma buna görə bütün komanda üzvləri 14 günlük karantinə alınıb.
Qeyd edək ki, Almaniyada əsas Bundesliqa ilə yanaşı, 2-ci Bundesliqada da mayın 16-dan etibarən mövsümün bərpa edilməsi nəzərdə tutulub. Lakin “Dinamo”nun belə vəziyyətlə üzləşməsindən sonra hansı qərarın veriləcəyi maraqla gözlənilir.
Bir neçə gün idi məşqləri bərpa edən “Dinamo” mayın 17-də səfərdə “Hannover”lə qarşılaşmalıydı. Lakin klubdan verilən məlumata görə, qarşıdakı iki həftə ərzində komanda nə məşq edə, nə də oyunlara çıxa biləcək.