İspaniyanın “Qranada” klubunun futbolçusu Yanxel Errerada koronavirus aşkarlanıb.

Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, onun koronavirus testi müsbət nəticə verib.

Amma venesuelalı yarımmüdafiəçidə yoluxma simptomsuz üzə çıxıb. Yaxın bir neçə gün ərzində 22 yaşlı oyunçu özünütəcrid şəraitində yaşayacaq. Sonra o, təkrar yoxlamadan keçəcək.

Qeyd edək ki, daha əvvəl İspaniyada “Atletiko”nun müdafiəçisi Renan Lodi və “Real Sosyedad”ın qapıçısı Aleks Romerodan da koronavirus aşkarlanıb.

Shares: