Almaniyanın “Borussiya” klubu iki ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Dortmund klubunun futbolçuları Aksel Vitsel və Əmrə Can zədələnib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Hər iki futbolçu fərdi məşq zamanı sıradan çıxıb.

Koronavirus səbəbiylə dayandırılan Bundesliqa gözlənildiyi kimi, mayın 16-da bərpa olunsa, sözügedən futbolçular “Şalke” ilə keçiriləcək oyunda iştirak edə bilməyəcək.

Shares: