Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona koronavirusla mübarizəyə dəstək göstərib.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu 1986-cı ildə keçirilən dünya çempionatındakı formasını satışa çıxarıb.

Əvvəlcə formanın hərraca çıxarılması planlaşdırılsa da, sonradan yardım kampaniyasının ən fəal iştirakçıları arasında oynanılmasına qərar verilib.

Bunun sayəsində 100 kq-dan artıq qida, tibbi maskalar və gigiyena vasitələri toplanılıb. Bunların hamısının Rene Favaloro rayonunun sakinlərinə veriləcəyi bildirilir.

Shares: