Braziliyanın “Marakana” stadionu koronavirus xəstələri üçün müvəqqəti hospital kimi fəaliyyətə başlayıb.
Futbolinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Rio-de-Janeyroda yerləşən arenanın ərazisində 38 günə inşa olunan hospital eyni vaxtda 400 koronavirus xəstəsini qəbul edə biləcək.
Hazırda hospitalda hələlik 50-si reanimasiya olmaqla, 170 yataq var. Mayın ortalarına qədər daha 230 yatağın quraşdırılması nəzərdə tutulub.
Braziliya Səhiyyə Nazirliyinin son məlumatına əsasən, ölkədə infeksiyaya yoluxma hallarının sayı 176 mini ötüb, 10656 nəfər virusun qurbanı olub.
“Marakana” dünyanın məşhur stadionlarından biridi. Onun açılışı 1950-ci ilin futbol üzrə dünya çempionatına uyğunlaşdırılıb. Burada DÇ-2014-ün finalı keçirilib. Həmçinin 2016-cı il Olimpiada oyunlarının açılış və bağlanış mərasimləri “Marakana”da olub.