“Qarabağ”ın futbolçusu Abdullah Zubir karyerasını Yunanıstanda davam etdirə bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə “newspao.gr” saytı məlumat yayıb.

28 yaşlı fransız yarımmüdafiəçi “Panatinaikos” klubuna təklif olunub. Yunanıstan mətbuatı Zubirin transferinin “Panatinaikos” üçün əlverişli olacağını qeyd edib.

2018-ci ildən “Qarabağ”da çıxış edən Zubirin müqaviləsi mövsümün sonuna qədərdir. Zubir, Ağdam təmsilçisiylə bu mövsüm 35 oyunda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.

Shares: