“Xaricdə klublar yayım hüquqları və oyun günləri vasitəsi ilə pul qazanırlar. Malta klublarının oyun günlərində azarkeşlər sayəsində kiçik qazanc əldə etdiyini söyləyib. O bildirib ki, bu gəlirlə klubu maliyyələşdirmək mümkün deyil”.

Futbolinfo.az xəbər verir ki, bunu Malta Futbol Assosiasiyasının vitse-prezidenti Aleksandr Feneç “Timesofmalta” nəşrinə açıqlamasında deyib.

Yeni gəlir mənbələri tapmalı olduqlarını və bunun üçün avrokubokların ən yaxşı vasitə olduğunu bəyan edən funksioner “Qarabağ” və Belarusun BATE klublarını nümunə göstərib:

“Avrokuboklarda mərhələ adlamaq klublarımızın gəlirlərini artırması üçün ən yaxşı yoldur. Növbəti mərhələyə yüksələndə UEFA-dan pul alırsan və daha yaxşı oyunçu gətirmək üçün vəsaiti heyətə sərf edə bilərsən. Avropada bir neçə komandanı buna misal göstərmək olar. Klubumuz Azərbaycan təmsilçisi “Qarabağ”la oynayanda onların 16 milyon avro büdcələri var idi, artıq iki dəfə çoxaldıblar. Eyni vəziyyət BATE-yə də aiddir”.

Qeyd edək ki, “Qarabağ” 2014-cü ildə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Maltanın “Valletta” klubu ilə qarşılaşaraq evdə 4:0, səfərdə isə 1:0 hesablı qələbə qazanıb.

Shares: