“Neftçi”nin sabiq baş məşqçisi Hans-Yurgen Gede Vyetnam mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, alman mütəxəssis Bakı klubunda çalışdığı dönəmlərdən də danışıb:

“Neftçi”də işləmək üçün Azərbaycana getdiyim zaman klubun prezidenti çox zəngin və səxavətli adam idi. Ancaq o, baş məşqçilik etməyi sevirdi, tez-tez peşəkarlara müdaxilə edirdi. Sonra kulminasiya nöqtəsi oldu. Mənə bir hücumçu verdi, hansı ki, olduqca bacarıqsız idi. Prezident dedi ki, Yurgen, ona başlamağa imkan ver”.

Gede, 2008/2009 mövsümündə “Neftçi”ni çalışdırıb. Həmin mövsüm Bakı klubunun prezidenti Əkbər Hacıyev idi.

Hans-Yurgen Gede son olaraq Vyetnamın U-23 milli komandasında texniki direktor kimi işləyib.

Shares: