Azərbaycan çempionu “Qarabağ” Türkiyənin “Menemenspor” klubunun futbolçusu Gentian Selmanini transfer etmək istəyir.

Futbolinfo.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin baş məşqçisi Cenk Laleci yerli mətbuata açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Ağdam klubu 22 yaşlı qapıçı üçün rəsmi təklif göndərib:

“Selmanini yalnız yerli yox, əcnəbi klublar da izləyir. Onun üçün “Qarabağ”dan klubumuza təklif gəlib. Danışıqlar davam edir”.

Qeyd edək ki, bu mövsüm “Menemenspor”un heyətində 28 oyunda meydana çıxan Gentian Selmaninin Türkiyə klubu ilə 2021-ci ilin yayına kimi müqaviləsi var. İlk peşəkar klubu “Kastrioti” olan Selmani, 2015-2019-cu illər aralığında da “Laçi”nin uğurları üçün çalışıb.

Shares: