İngiltərənin “Arsenal” klubunun prezidenti Çips Kezik postundan ayrılmağa qərar verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

2013-cü ildən “Arsenal”a prezidentlik edən klub funksioneri 80 yaşında istefasını açıqlayıb. Kezik 2005-ci ildən etibarən “Arsenal”da çalışırdı. O, klub prezidenti olana qədər idarə heyətində yer alıb.

Sonda onu da qeyd edək ki, “Arsenal” Kezikin dönəmində Premyer Liqada çempionluq üzünə həsrət qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp