Avstriyanın LASK klubu koronavirus pandemiyasına görə müəyyən olunan idman protokollarına əməl etmədiyi üçün cəzalandırılıb.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa rəhbərliyinin qəbul etdiyi qərarlara uymayaraq, kollektiv məşqlər edən LASK-ın 6 xalı silinib.
Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb. Linz təmsilçisi 75 min avro da cərimə olunub.
Bundesliqada əvvəl 27 xalla lider olan LASK, hazırda 21 xalla 2-ci sıradadı. Lider isə 24 xalla “Zalsburq”du.
LASK klubunun bu qərara etiraz etmək hüququ var.