Koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqası iyunun 11-də bərpa olunacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas “Marca” nəşrinə açıqlamasında deyib:
“La Liqada mövsüm iyunun 11-də bərpa olunacaq. Yeni mövsüm isə sentyabrın 12-də başlayacaq”.
La Liqa koronavirus pandemiyasına görə martdan dayandırılmışdı.