Koronavirusa görə dayandırılan Çempionlar Liqasında mövsüm “dördlər finalı” formatında bitirilə bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “dördlər finalı”nın Almaniyada keçiriləcəyi bildirilir. Buna səbəb, Almaniyanın sağlamlıq baxımından daha təhlükəsiz olmasıdır.

Daha əvvəl Çempionlar Liqasının final matçının İstanbulda təşkil olunması nəzərdə tutulurdu.

Koronavirus pandemiyasına görə Avropanın TOP-5 Liqaları arasında hələlik bərpa olunan sadəcə Almaniya Bundesliqasıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp