Xəbər verdiyimiz kimi, mayın 31-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Bəs, Premyer Liqamızda mövsümün bərpası nə vaxta planlaşdırılır?

Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departametinin rəhbəri Aslan Şahgəldiyev bununla bağlı məsələnin yaxın günlərdə müzakirə ediləcəyini bildirib:

“AFFA rəhbərliyi, PFL və klubların iştirakı ilə yaxın günlərdə videokonfrans keçiriləcək. Həmin iclasda çempionatın bərpa tarixi ilə bağlı qərar veriləcək” – deyə PFL rəsmisi bildirib. (qol.az)

Xatırladaq ki, koronavirus pandemiyasına görə mart ayından Azərbaycanda futbol yarışları dayandırılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp