“Neftçi” daha bir legionerini itirə bilər. Kipr “Apollon”una keçəcəyi gözlənilən Baqali Dabonun ardınca Donald Gerye də qərarını verib.

Futbolinfo.az xəbər verir ki, haitili müdafiəçi bugündən azad agent olacaq. Dünən klub rəhbərliyi ilə görüşən cinah oyunçusu qalmaq istəmədiyini, başqa klub axtardığını bildirib. Geryeyə inansaq, ona Türkiyədən bir neçə təklif var. Belə ki, “Sivasspor”, “Antalyaspor” və “Gənclərbirliyi” onun xidmətində maraqlıdı. Həyat yoldaşı isə Donaldın daha çox “Qarabağ”a qayıtmasını arzulayır. Ağdamlıların icarə müqaviləsi bitən Aylton Silvanın əvəzinə Geryeni geri qaytarmaqda maraqlı olduğu deyilir.

Amma haitili əvvəlcə “Neftçi”dəki vəziyyətə aydınlıq gətirməlidi. Premyer Liqanın bərp edilməsi haqda qərar tezliklə veriləcək. Belədə növbəti 8 turu başa vurmaq lazımdı. Donald isə bu gün bitən müqaviləsini əsas tutaraq, iyun-iyul aylarında komandaya kömək etmək niyyətində deyil. O, nə futbol qurumlarının tövsiyyələrinə əhəmiyyət verir, nə də koronavirus pandemiyasının yaratdığı fors-major halına görə məsuliyyət hiss etmir. 2 aydı kluba xidmət etməsə də, maaşını alıb, getmək niyyətindədi.

Gerye bunu açıq şəkildə bildirib. O, mövsüm davam etdiriləcəyi halda “Neftçi”də oynamayacağını söyləyib. Klubdan belə olacağı halda may ayının maaşını verməyəcəklərini deyiblər. Amma o, haqqımı FIFA-ya şikayət edərək qorumağa çalışacağını bildirib.

Qarışıq vəziyyətdi: həm müqavilə müddəti bitən Gerye haqlıdı, həm də məlum problemlər üzündən çıxılmaz vəziyyətə düşən klub. Məsələdə ortaq məxrəci tapmaq lazımdı və futbol qurumları yalnız oyunçuları müdafiə etməməlidi, klubların ziyanı da nəzərə alınmalıdı. Donald fürsətdən yararlanmaqdansa, qışda futbolsuz qalarkən ona sahib çıxan “Neftçi”yə təşəkkür borcunu yerinə yetirməlidi. Həmçinin Dabo da…

Shares: