“Bavariya”nın futbolçusu Lukas Hernandes zədələnib.

Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hansi Flik Bundesliqanın 29-cu turunun “Fortuna” ilə oyunundan sonra açıqlama verib.

O, fransız müdafiəçinin zədələndiyini və buna görə də, fasilədə əvəzləndiyini bildirib.

“Bavariya” “Fortuna”nı 5:0 hesabıyla məğlub edib. Oyuna start heyətdə başlayan Hernandes, ikinci hissədə Mikael Kyuizansla əvəzlənib.

Shares: