Futbol üzrə Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bazar günü daha iki qarşılaşma baş tutub.

Dortmund “Borussiya”sı autsayder “Paderborn”un qonağı olub və darmadağınla qalib gəlib. Münhenqladbax “Borussiya”sı da Berlin “Yunion”unu böyük hesabla yenib.

Almaniya Bundesliqası
29-cu tur
29 may

Frayburq – Bayer 0:1
Qol: Haverts, 54.

30 may

Herta – Auqsburq 2:0
Qol: Dilrosun, 23. Pyontek, 90+3.

Maynts – Hoffenhaym 0:1
Qol: Bebu, 43.

Şalke – Verder 0:1
Qol: Bittenkur, 32.

Volfsburq – Ayntraxt 1:2
Qol: Mbabu, 58 – A.Silva, 27-pen. D.Kamada, 85.

Bavariya – Fortuna 5:0
Qol: Yorgensen, 15-öz qapısına. Pavard, 29. Levandovski, 43; 50. A.Deyvis, 52.

31 may

Borussiya (Münhenqladbax) – Yunion 4:1
Qol: Noyhaus, 17. Turam, 41; 59. Plea, 81 – Andersson, 50.

Paderborn – Borussiya (Dortmund) 1:6
Qol: Hunemeyer, 72 – Hazard, 54. Sanço, 57; 74; 90+1. Hakimi, 85. Şmeltser, 89.

1 iyun

22:30 Köln – Leyptsiq

Shares: