“Neftçi”nin futbolçusu Donald Gerye paytaxt klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi özünün “İnstaqram” səhifəsində yazıb:
“Yeni bir başlanğıc vaxtıdır. Təşəkkürlər “Neftçi”, hər şey gözəl idi”.
Qeyd edək ki, Gerye ötən yaydan “Neftçi”də oynayırdı. O, daha öncə Azərbaycanda “Qarabağ”ın da uğurları üçün çalışıb. Ehtimal var ki, Haiti yığmasının müdafiəçisi özünə yeni klub tapdığı üçün mövsümün başa çatmasını gözləmədən “Neftçi”dən getmək qərarına gəlib.