Braziliyanın “Vasko da Qama” klubunun 16 futbolçusunda koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçular, məşqçilər və digər işçilərdən götürülən testlərdə 16 futbolçunun nəticəsi müsbət olub. Həmin futbolçular karantinə alınıb.
Daha əvvəl komandada 3 futbolçu koronavirusa yoluxmuş və müalicə olunaraq, sağalmışdı.