Şotlandiyanın “Harts” klubu 18 futbolçusu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi müqaviləsi başa çatan futbolçularla yeni sözləşmə imzalamağı lazım bilməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Koronavirus səbəbiylə dayandırılan Şotlandiya çempionatında mövsüm vaxtından əvvəl yekunlaşmış, turnir cədvəlindəki vəziyyətə görə “Seltik” çempion elan edilmiş, “Harts” isə aşağı dəstəyə göndərilmişdi.

Shares: