Amin Seydiyevi heyətinə qatan “Sabah” “Qəbələ”nin daha iki futbolçusunu transfer edir.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi əyalət klubunun əsas komandasının gənc üzvləri – İdris İnqilablı və Samir Məhərrəmli ilə anlaşıb. Tərəflər artıq razılığa gəliblər və hər iki futbolçu mövsüm bitdikdən sonra “futuristlər”ə qoşulacaq.
19 yaşlı İdris bu mövsüm əsas komandada 3 matçda meydana çıxıb, 17 yaşlı Samir isə oynamaq imkanı qazanmayıb. Hər iki futbolçu “Qəbələ” Futbol Akademiyasının yetirməsidi və aşağı yaş millilərinə dəvət alırlar (futbolpress.az).