“Breşiya”nın futbolçusu Sandro Tonali yay transfer pəncərəsi dövründə klubunu dəyişəcək.
Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” 20 yaşlı futbolçunun transferi üçün “Breşiya” ilə razılığa gəlib. “Neradzurra” yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayacaq. Tonali Milan klubunda ildə 2,5 milyon avro qazanacaq.
“İnter”in Tonali üçün qarşı tərəfə 50 milyon avro ödəyəcəyi bildirilir.
Tonali cari mövsümdə iştirak etdiyi 24 oyunda 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.