“Neftçi” PFK daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun öz yetirməsi olan Ömər Buludovla gələn il mayın 31-də bitməli olan anlaşma daha 1 illiyə artırılıb.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm meydana çıxdığı 21 oyunda 1 qol vurub.

Xatırladaq ki, “Neftçi” ötən gün kapitan Emin Mahmudov və müdafiəçi Anton Krivotsyukla da yeni müqavilə imzalamışdı.

Shares: