Azərbaycan Respublikasında 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2 300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309 901 test aparılıb.

Shares: