Futbol üzrə Rusiya Premyer Liqası iyunun 19-da bərpa olunacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə baş nazirin müavini Dmitri Çernışenko bildirib. O, çempionat matçlarında azarkeşlərin məhdud sayda (stadionun tutumunun 10 faizinə qədər) olacağını söyləyib.
Rusiyanın idman naziri Oleq Matıtsin də Premyer Liqanın geridə qalan hissəsinin təfərrüatları barədə danışıb. O, nazirliyin vəzifəsinin idman yarışlarının təşkili və keçirilməsi olduğunu bildirib. Matıtsinin sözlərinə görə çempionatın yenidən başlaması onların ümumi qələbəsidi.
Nazir 23-cü tur matçlarının 19-21 iyunda oynanılacağını söyləyib. O, qoyulan bütün tələblərin yerinə yetiriləcəyini sözlərinə əlavə edib: “Bütün iştirakçıların sağlamlığı olduqca vacibdi. Təhlükəsizlik tədbirləri stadiona giriş mərhələsində həyata keçiriləcək. Giriş yalnız maska və əlcəklərlə mümkün olacaq. Bu, bir tələbdi. Heç bir yeməkdən istifadə olunmayacaq, yalnız su içmək mümkün olacaq”.
Qeyd edək ki, Rusiya Premyer Liqası martın 17-də koronavirus pandemiyasına görə dayandırılıb.