“Zirə” rəhbərliyi ilə baş məşqçi Zaur Həşimov arasında görüş keçirilib.

Futbolinfo.az xəbər verir ki, görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub.

Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.⁣ Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Zirə” PFK Zaur Həşimova göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.⁣

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp