“Liverpul” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Joel Matip sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə Premyer Liqasının 30-cu turunun “Everton”la matçında (0:0) zədələnən Matip mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
“Liverpul” Premyer Liqada sona 6 tur qalmış çempionluğunu rəsmiləşdirib.