Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib.

Turun açılış matçında autsayder “Norviç” “Brayton”u qəbul edib. Qonaqlar bu görüşdə minimal hesabla üstün olublar.

“Çelsi” “Uotford”u, “Mançester Yunayted” isə “Bornmut”u məğlub yola salıb. “Lester” də “Kristal Pelas”dan üstün olub. Səfərdə “Vulverhempton”la qarşılaşan “Arsenal” da turu qələbəylə başa vurub.

İngiltərə Premyer Liqası
33-cü tur
4 iyul

Norviç – Brayton 0:1
Qol: Trossard, 25.

Lester – Kristal Pelas 3:0
Qol: İheanaço, 49. Vardi, 77; 90+4.

Mançester Yunayted – Bornmut 5:2
Qol: Qrinvud, 29; 54. Reşford, 35-pen. Marsyal, 45+2. B.Fernandes, 59 – Stanislas, 115. Kinq, 49-pen.

Vulverhempton – Arsenal 0:2
Qol: Saka, 43. Lakasette, 86.

Çelsi – Uotford 2:0
Qol: Jiru, 28. Villian, 43-pen.

5 iyul

15:00 Bernli – Şeffild Yunayted
17:15 Nyukasl – Vest Hem
19:30 Liverpul – Aston Villa
22:00 Sauthempton – Mançester Siti

6 iyul

23:00 Tottenhem – Everton

Shares: