“Hazırda Bakıdayam. Artıq Azərbaycana qayıtdım”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Keşlə”nin moldovalı qapıçısı Stanislav Namaşko deyib.
Uzun müddətdir ölkəsində olan qolkiper Azərbaycana qayıtmasından danışıb. Namaşko buna görə klub rəhbərliyinə təşəkkür edib: “Klub rəhbərliyinə təşəkkür edirəm. Çox çalışdılar və Azərbaycana qayıda bildim. Onlar kömək etməsəydi, geri dönmək çox çətin olardı. Buna görə onlara minmətdaram”.
Təcrübəli çərçivə qoruyucusu uzun müddətdir məşqsiz qalmasına və komandanln da hazırlıq keçə bilməməsinə də münasibət bildirib: “İndiki mövcud şərtlərə uyğun hazırlaşmağa və adaptasiya olmağa çalışacağıq. Vəziyyət heç də sadə deyil. Bu durumda qaydalada uyğun davranmalıyıq. Sağlamlıq hazırda hər şeydən önəmlidir”.