Ukraynanın “Metallurq” klubunda koronavirus infeksiyasına kütləvi yoluxma halı aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Zaporojye təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə testdən keçən 32 futbolçudan 13-də müsbət nəticə çıxdığı diqqətə çatıdırlıb. Onların hamısı karantinə alınıb, vəziyyətlərinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Ukraynanın 2-ci liqasında çıxış edən komanda 11 xalla 16 komanda arasında 15-ci yerdədir.