İngiltərənin “Nottingem Forest” klubunun sabiq futbolçusu Derrik Otim vəfat edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı keçmiş yarımmüdafiəçi, ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb.
Otim, bu ilin mayında Xavyer Universitetindən məzun olmuşdu.
Sabiq yarımmüdafiəçi İngiltərənin “Nottinqem Forest” klubunun akademiyasında çıxış edib. O, universitet oxumaq üçün 2015-ci ildə “Nottinqem Forest”dən ayrılmışdı.