Azərbaycanda COVID-19-a daha 520 yeni yoluxma qeydə alınıb, 486 nəfər sağalıb, 8 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Azərbaycanda bu günə kimi ümumilikdə 24 041 nəfər koronavirus infeksiyasına yoluxub.

Məlumata görə, onlardan 15 093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib. Hazırda 8 642 nəfərin müalicəsi davam etdirilir.

Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar bu günə kimi ümumilikdə 568 234 test aparılıb. Son gün ərzində COVID-19-la bağlı 7 878 test aparılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp