Ötən mövsüm “Sumqayıt”ın əsas üzvlərindən olan Peyman Babayi klubu tərk edib. Bu barədə futbolinfo.az-a iranlı legionerin özü məlumat verib.

O bildirib ki, “Gənclik şəhəri” təmsilçisi ilə razılıq əldə edilməyib: “Sumqayıt” rəhbərliyi ilə danışdıq. Hər şeyi müzakirə etdik. Fikrimcə, razılıq əldə olunmadı”.

Daha öncə də bir neçə aparıcı oyunçusunu itirmiş “Sumqayıt” üçün Peymanın gedişi heç yerinə düşmədi. Amma Babayi maliyyə məsələlərinə görə belə alındığını deyir: “Mənim müqaviləm “Maşın Sazi”dədi. Ona görə çətindi. Transfer hüququmu onlardan almaq maddi baxımdan “Sumqayıt” üçün mümkünsüzdü”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp