Futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ufa” 28 oyuna topladığı 37 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp