“Barselona”nın prezidenti Xosep Maria Bartomeu komandanın baş məşqçisi olacağı deyilən Xavi ilə bağlı açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, TV3-ə danışan klub prezidenti, Xavinin “Barsa”nı çalışdıracağını bildirib:

“Xavi gec, ya da tez, “Barselona”nı çalışdıracaq, amma hazırda baş məşqçi axtarmırıq. Kike Setyenlə birlikdə çalışırıq. Kike La Liqanın qalan iki oyununda və Çempionlar Liqasında komandaya rəhbərlik edəcək. Setyenlə müqavilənin şərtlərini yerinə yetirmək niyyətindəyik. Növbəti mövsümün planları ilə bağlı Setyenlə danışırıq”.

“Barselona”nın Setyenlə yollarını ayırıb, hazırda “Əl-Sədd”i çalışdıran Xavini komandanın başına keçirəcəyi barədə məlumatlar yayılmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp