Futbol üzrə Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Kasımpaşa” “Rizəspor”u məğlub yola salıbsa, “Kayserispor” – “Qaziantep” matçında qalib müəyyənləşməyib.

Lider “Başakşəhər” bu turda səfərdə “Konyaspor”un qonağı olub və bol qollu matçdan məğlubiyyətlə ayrılıb. “Trabzonspor” da “Dənizlispor”la qarşılaşmada oxşar aqibətlə üzləşib. “Yeni Malatyaspor”un qonağı olan “Beşiktaş” isə turu qələbə ilə başa vurub.

Türkiyə Super Liqası
32-ci tur
11 iyul

Göztəpə – Gənclərbirliyi 1:3
Qol: A.Öztürk, 90+1 – Sio, 33. Stanku, 45+2. Sessenyon, 75.

12 iyul

Ankaragücü – Qalatasaray 1:0
Qol: Skarione, 62-pen.

Antalyaspor – Alanyaspor 1:0
Qol: Yahoviç, 22.

Fənərbaxça – Sivasspor 1:2
Qol: D.Turuç, 27 – Kone, 9-pen. E.Kılınç, 44.

13 iyul

Kasımpaşa – Rizəspor 2:0
Qol: Hayradinoviç, 53. A.Koç, 78.

Kayserispor – Qaziantep 1:1
Qol: Kravets, 90+2 – Maksim, 62.

Dənizlispor – Trabzonspor 2:1
Qol: Saçko, 46. Estupinan, 84 – Ekuban, 14.

Konyaspor – Başakşəhər 4:3
Qol: Miya, 20; 45+1. O.Şahiner, 27. Şkubiç, 85 – Vişça, 3-pen. D.Ba, 70. Elia, 77.

Yeni Malatyaspor – Beşiktaş 0:1
Qol: C.Erkin, 51-pen.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp